PLC (Proqramlaşdırıla bilən Məntiqi Kontroller) — sahə səviyyəsində sensor və aktuatorlarla birbaşa əlaqədə olan, əvvəlcədən proqramlaşdırılmış məntiqi icra edən sərt aparat vasitəsidir. SCADA isə bir çox PLC-dən məlumat toplayaraq mərkəzləşdirilmiş vizuallaşdırma, tarixi məlumat arxivləşdirilməsi və operator idarəetməsini təmin edən proqram təminatı səviyyəsidir.
Sadə desək, PLC "əl-qollardır", SCADA isə "gözlər və beyindir". Kiçik bir konveyer xətti tək PLC ilə idarə oluna bilər, lakin çoxsahəli zavodda onlarla PLC-nin məlumatlarını bir ekranda görmək üçün SCADA sistemi lazımdır.
Electrosoft MMC olaraq Siemens, Delta, GMT, Omron və Fatek PLC-ləri ilə işləyir, üzərinə müştərinin tələbinə uyğun SCADA interfeysi qururuq.