Suyun laborator analizinə uyğun fərdi layihələndirilmiş Tərs Osmos və filtrasiya sistemləri.
Fərdi layihələndirmə – Suyun laborator analiz nəticələrinə uyğun olaraq, hər bir müəssisə üçün xüsusi membran və filtrasiya sistemlərinin hesablanması.
İlkin təmizləmə sistemləri – Suyun tərkibindəki mexaniki qarışıqların, xlorun və ağır metalların təmizlənməsi üçün multimedia və aktiv karbon filtrlərinin tətbiqi.
Avtomatlaşdırılmış idarəetmə – Osmos sistemlərinin PLC və SCADA sistemlərinə inteqrasiyası vasitəsilə təzyiq, axın və su keyfiyyətinə (TDS) tam rəqəmsal nəzarət.
Dozajlama sistemləri – Membranların ömrünü uzatmaq üçün antiskalant və digər kimyəvi maddələrin avtomatik dozajlanması.
Yüksək təzyiqli nasoslar və komponentlər – Enerji səmərəliliyini təmin edən müasir nasosların quraşdırılması.
CIP (Cleaning In Place) xidməti – Membranların sökülmədən, xüsusi kimyəvi məhlullarla yuyulması.
Dövri texniki servis – Mütəmadi texniki baxış, filtr dəyişimi və membranların yenilənməsi.
Real-vaxt monitorinqi – Suyun keyfiyyət göstəricilərinin uzaqdan izlənilməsi və bildiriş sistemləri.
Sənaye tipli Tərs Osmos (RO) – Dəniz və ya kəhriz sularının içməli/texniki suya çevrilməsi.