İstehsalat xətlərində elektron nasazlıqlar çox vaxt xəbərdarlıq etmədən baş verir və bu, tam istehsalat dayanmasına səbəb ola bilər. PLC, HMI panelləri və güc bloklarının komponent səviyyəsində dövri profilaktik baxışdan keçirilməsi belə halların qarşısını əvvəlcədən almağa kömək edir.
Xüsusilə köhnəlmiş və istehsaldan çıxmış (obsolete) sistemlərdə ehtiyat hissə tapmaq çətinləşdiyi üçün, komponent səviyyəsində təmir və müasir rəqəmsal analoqlarla əvəzetmə vacib alternativ olur. Electrosoft MMC laboratoriyasında təmir olunan bütün kartlar real iş şəraitinə uyğun yük testlərindən keçirilərək zəmanətlə təhvil verilir.